Ordu.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” yazır.
İsrail təbii qazdan kritik dərəcədə asılıdır. Təbii qaz ölkədə elektrik enerjisi istehsalının təxminən 75%-ni təmin edir. Ekspertlər bildirirlər ki, qaz obyektləri zəif müdafiə olunan sahilyanı şəhərlərin yaxınlığında cəmlənib, dizel yanacağı ehtiyatları isə kifayət etmir. Hələ fevral ayında Dövlət Nəzarətçisi hökumətin zəruri strateji ehtiyatların toplanmasını təmin edə bilmədiyini qeyd etmişdi.
Ekspertlər enerji mənbələrinin şaxələndirilməsinin zəruri olduğunu bildirirlər. Bərpa olunan enerji, istilik akkumulyatorları, həmçinin Negev və Colan bölgələrindən iri şəhərlərə elektrik enerjisinin ötürülməsi infrastrukturuna investisiya qoyuluşuna ehtiyac var. Perspektivli istiqamətlər kimi modul nüvə reaktorları və geotermal enerji də nəzərdən keçirilir.
Analitiklərin proqnozlarına görə, ən real ssenari enerji modelinin dəyişdirilməsidir. 2040-cı illərə qədər qaz və bərpa olunan mənbələr arasında mövcud 75/20 nisbəti 50/50 səviyyəsinə çatdırılmalıdır. Hökumət müdafiə tədbirləri və dizel yanacağının strateji ehtiyatlarının artırılması üçün təxminən 1 milyard şekel ayırıb.
Sevinc Əliyeva
Ordu.az