Ordu.az xəbər verir ki, gəmi adını Vyetnam müharibəsində iştirak etmiş və “Şərəf medalı” ilə təltif olunmuş Harvi K. Barnumdan (Harvey C. Barnum Jr.) alıb.
Bu, ABŞ Hərbi Dəniz Qüvvələrində onun adını daşıyan ilk üzən platformadır.
Donanma katibi Con K. Felan və Dəniz Piyadaları komandanı Erik M. Smit kimi yüksək rütbəli hərbi şəxslərin iştirakı ilə keçirilən mərasimdə xidmətə qəbul edilən esmines hava hücumundan müdafiə, suüstü və sualtı mübarizə daxil olmaqla çoxməqsədli əməliyyatlar üçün nəzərdə tutulub.
“Aegis” döyüş sistemi ilə təchiz edilmiş USS “Harvey C. Barnum Jr.” müxtəlif təhlükə mühitlərində fəaliyyət göstərə biləcək imkanlara malikdir və mərasimdən sonra ABŞ Hərbi Dəniz Qüvvələrinin suüstü donanmasının aktiv xidmətinə başlayıb.
Sevinc Əliyeva
Ordu.az