Ordu.az Qazaxıstan hökumətinə istinadən xəbər verir ki, bu barədə baş nazir bu gün ölkənin tranzit-nəqliyyat potensialının inkişafı sahəsində prezidentin tapşırıqlarının icrasına həsr olunmuş müşavirədə bəyan edib.
Məlumatda qeyd olunur ki, Qazaxıstan bu nəqliyyat marşrutunun inkişafına xüsusi diqqət yetirir.
"TBNM üzrə çatdırılma müddətlərinin qısaldılması, "Altınkol – Poti/Batumi" marşrutu üzrə vahid tariflərin tətbiqi, Azərbaycan və Gürcüstandakı tərəfdaşlarla rəqəmsal sistemlərin inteqrasiyası istiqamətində iş aparılır. Hazırda ümumi uzunluğu 3,9 min km olan dəmir yolunda iri infrastruktur layihələri həyata keçirilir", - o vurğulayıb.
Bundan başqa, iclasda dəniz daşımalarının, o cümlədən Aktau-Bakı istiqamətində daşımaların inkişafı ilə bağlı məsələlər müzakirə edilib.
"Aktau və Kurık limanlarından istifadə etməklə daşımaların inkişafı istiqamətində aparılan işlər barədə məlumat verilib (Bektenova - red.). Bu il Aktau limanında 1,3 milyon kubmetr həcmində dibdərinləşdirmə işlərinin aparılmasının vacibliyi qeyd olunub. Baş nazir Aktau-Bakı marşrutu ilə hərəkət üçün 6 ədəd konteyner daşıyıcısının alınması prosedurlarının ləngiməsinə diqqət çəkib. Qeyd olunan marşruta yeni nəqliyyatın çıxarılması üzrə işləri sürətləndirmək tapşırılıb", - məlumatda deyilir.
Ordu.az