Ordu.az xəbər verir ki, bu barəfə “Süni zəka: etimad rejimi” forumu zamanı Rusiyanın rəqəmsal inkişaf nazirinin müavini Aleksandr Şoytov bildirib.
Onun sözlərinə görə, fundamental hüquqlara malik vətəndaşlardan fərqli olaraq süni zəka hüquq subyekti deyil və buna görə belə məhdudiyyətlər tam əsaslıdır.
Artıq mart ayında nazirlik süni zəkanın tənzimlənməsinə yönəlmiş qanun layihəsini ictimai müzakirəyə çıxarmışdı. Həmin sənəddə “süni zəka” anlayışı müəyyən edilir, bazar iştirakçılarının hüquq və vəzifələri təsbit olunur, həmçinin süni zəka vasitəsilə yaradılmış foto, video və səs məzmununun məcburi işarələnməsi tələbi tətbiq edilir.
Sevinc Əliyeva
Ordu.az