Fransa öz “Flamingo”sunu istəyir, “Renault” raket hazırlayacaq

2026/04/Ekran-1776071743.jpg
Oxunub: 513     13:11     13 Aprel 2026    
Fransanın “Turgis Gaillard” və “Renault” şirkətləri Ukraynanın “Flamingo”sunun analoqu olan “Chorus” qanadlı raketini hazırlayır.

Ordu.az xəbər verir ki, bu barədə “Zone Militaire” məlumat yayıb.

Raketin 500 kq döyüş başlığı daşıyacağı və 3000 km-ə qədər mənzilə malik olacağı gözlənilir. Bir ədədinin planlaşdırılan dəyəri təxminən 100 000 avrodur.

Əlavə texniki təfərrüatlar açıqlanmayıb.

Fransanın Müdafiə Nazirliyi “Chorus”u “Flamingo” raketinin birbaşa analoqu kimi təsvir edib.

“Pilotsuz uçuş aparatları və uzaqdan idarə olunan sursatlara gəldikdə, “Renault” və “Turgis Gaillard” ilə birlikdə həyata keçirdiyimiz “Chorus” proqramı çərçivəsində Ukraynanın “Flamingo” raketinin analoqunu hazırlamaq niyyətindəyik”, - deyə Fransanın Senatında dinləmələr zamanı silahlanma üzrə baş nümayəndə Patrik Payyu bildirib.

Fransa “Chorus” raketlərini genişmiqyaslı şəkildə satın almağı planlaşdırmır. Proqramın məqsədi zərurət yaranarsa, “Renault”nun bu cür sistemləri kütləvi şəkildə istehsal etmək qabiliyyətini sınaqdan keçirməkdir.

Fransa daha əvvəl 2030-cu ilədək “gəzən sursat” ehtiyatlarını 400%, zenit və havadan buraxılan raket ehtiyatlarını isə 30% artırmağı planlaşdırdığını bildirmişdi.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Flamingo   Renault  


Bizi "telegram"da izləyin