Britaniya Hörmüzün ABŞ tərəfindən bloklanmasına qarşı çıxıb

2025/11/1763873138.jpg
Oxunub: 335     12:44     13 Aprel 2026    
Böyük Britaniya ABŞ Prezidenti Donald Trampın elan etdiyi Hörmüz boğazının dəniz blokadasına qoşulmayacaq.

Ordu.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Britaniyanın Baş naziri Kir Starmer "BBC" radiosuna verdiyi müsahibədə bildirib.

“Biz İran limanlarının blokadasını dəstəkləmirik”, - deyə britaniyalı hökumət başçısı bildirib. O əlavə edib ki, Britaniya Hörmüz boğazının gəmiçilik üçün açılmasına fokuslanıb.

“Biz enerji qiymətləri ən tez zamanda bu yolla aşağı sala bilərik”,- deyə Starmer vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Starmer   Tramp  


Bizi "telegram"da izləyin