Ordu.az xəbər verir ki, bu barədə ABŞ Cənub Komandanlığı (SOUTHCOM) sosial şəbəkələrdə məlumat yayıb.
“Kəşfiyyat təsdiqləyib ki, gəmilər Sakit okeanın şərqində narkotiklərin qanunsuz dövriyyəsi üzrə məlum marşrutlarla hərəkət edib və narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olub”, - deyə məlumatda bildirilib.
SOUTHCOM açıqlayıb ki, birinci zərbə zamanı iki nəfər, ikinci zərbə zamanı isə daha üç nəfər öldürülüb.
Bir nəfər sağ qalıb. Əməliyyatdan sonra Cənub Komandanlığı sağ qalan şəxsin tapılması üçün ABŞ Sahil Mühafizəsinə axtarış-xilasetmə sistemini aktivləşdirmək barədə məlumat verib.
Sevinc Əliyeva
Ordu.az