Avropa Ayda daimi stansiya qurmağı planlaşdırır

2026/04/1776058089.jpg
Oxunub: 361     09:24     13 Aprel 2026    
Avropa Kosmik Agentliyi 2030-cu ildə Ay səthinə “Argonavt” pilotsuz eniş modulunu avadanlıqlarla birlikdə göndərməyi planlaşdırır, bundan sonra isə Ay missiyasının imkanlarını genişləndirəcək.

Ordu.az xəbər verir ki, bunu pilotlu və robotlaşdırılmış kosmik uçuşlar üzrə direktor Daniel Noyenşvander bildirib.

“Məqsəd Ay haqqında təsəvvürlərimizi genişləndirməkdir. Biz Yer peykinin Cənub qütbünə çatmaq istəyirik”, - deyə Noyenşvanderin sözlərini “Der Spiegel” nəşri sitat gətirir.

Alimin izahına görə, bu məkan bol günəş işığı aldığı üçün enerji istehsalı baxımından əlverişlidir, lakin ətraf ərazilərdə hansı ehtiyatların mövcud olduğunu hələ araşdırmaq lazımdır. Bu barədə DW məlumat yayıb.

Noyenşvander qeyd edib ki, “Ay məqsədlərinə” çatmaq üçün Avropa üçün ABŞ ilə tərəfdaşlıq mühüm əhəmiyyət daşıyır. Gözlənilir ki, 2028-ci ildə Aya uçuşu planlaşdırılan “Artemis-4” missiyasının pilotlu kosmik gəmisində iki alman olacaq.

Avropa Kosmik Agentliyi bu layihədə NASA ilə əməkdaşlıq edir. Məsələn, bu yaxınlarda baş tutmuş “Artemis-2” missiyasının “Orion” kosmik gəmisində Agentliyin xidmət modulu quraşdırılmışdı və o, digər funksiyalarla yanaşı kosmik gəmini oksigen, su və elektrik enerjisi ilə təmin edirdi.

Eyni zamanda NASA Ay orbitində “Gateway” stansiyasının tikintisi planlarından imtina edib, halbuki Avropa Kosmik Agentliyi bu layihəyə güvənirdi.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avropa   Ay  


Bizi "telegram"da izləyin