Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
“Blokada İran limanlarına və sahilyanı ərazilərinə daxil olan və ya oradan çıxan bütün ölkələrin gəmilərinə şamil ediləcək, o cümlədən Ərəbistan dənizi və Oman körfəzində yerləşən bütün İran limanlarını əhatə edəcək.
ABŞ hərbçiləri Hörmüz boğazından qeyri-İran limanlarına və əks istiqamətdə hərəkət edən gəmilərin naviqasiya azadlığına mane olmayacaq.
Ticarət gəmilərinə blokada başlamazdan əvvəl rəsmi bildiriş vasitəsilə əlavə məlumat veriləcək. Bütün dənizçilərə “Dənizçilər üçün bildirişlər” proqramının məlumatlarını izləmək və Oman körfəzində hərəkət edərkən, eləcə də Hörmüz boğazına yaxınlaşarkən 16-cı rabitə kanalında ABŞ Hərbi Dəniz Qüvvələri ilə əlaqə saxlamaq tövsiyə olunur”, - deyə ABŞ ordusu bildirib.
Sevinc Əliyeva
Ordu.az