General-mayor Roman Qofman İsraildə MOSSAD-a rəhbər təyin olunub

2026/04/1776059139.jpg
Oxunub: 624     00:38     13 Aprel 2026    
İsrailin baş naziri Binyamin Netanyahunun hərbi katibi, general-mayor Roman Qofman İsrailin xarici kəşfiyyat agentliyi olan MOSSAD-ın rəhbəri təyin edilib.

Ordu.az xəbər verir ki, bu barədə İsrail hökumətinin katibliyi məlumat yayıb.

“Ali vəzifələrə təyinatlar üzrə məsləhət komitəsi, keçmiş Ali Məhkəmə sədri Aşer Qrunisin rəhbərliyi ilə bu axşam general-mayor Roman Qofmanın MOSSAD kəşfiyyat və xüsusi əməliyyatlar rəhbəri vəzifəsinə namizədliyini təsdiqləyib”, - deyə bəyanatda qeyd olunub.

Netanyahu Qofmanın “Mossad”ın yeni rəhbəri təyin olunması barədə sənədi imzalayıb. O, vəzifəsinin icrasına 2026-cı il iyunun 2-si başlayacaq və kəşfiyyat xidmətinə beş il rəhbərlik edəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Netanyahu   Mossad  


Bizi "telegram"da izləyin