Ordu.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Məlumata görə, ölkədə seçki məntəqələri bağlanıb və səslərin sayılmasına başlanılıb.
Hazırkı baş nazir Viktor Orban Kremlinlə sıx əlaqələr saxlayan, Avropada sağ populist hərəkatların aparıcı fiqurlarından biri və Brüsseldə dərin fikir ayrılıqları yaradan siyasətçi kimi qiymətləndirilir.
Gözlənilir ki, onun rəqibi Peter Macar baş nazir olacağı təqdirdə Avropa İttifaqı və NATO-ya münasibətdə daha konstruktiv mövqe nümayiş etdirsin. Bununla belə, analitiklər hesab edirlər ki, o, miqrasiya kimi əsas məsələlərdə Orbanın xəttindən ciddi şəkildə uzaqlaşmayacaq.
Peter Macar korrupsiyaya qarşı mübarizədə qəti addımlar atacağına söz verib və bəyan edib ki, Macarıstan Avropa İttifaqının prokurorluq strukturuna qoşulacaq. Viktor Orban isə buna qarşı çıxmışdı.
Rusiyaya münasibəti ilə bağlı suala cavabında Macar “praqmatik” davranacağını bildirib.
O həmçinin baş nazir vəzifəsində qalma müddətinin iki dövrlə məhdudlaşdırılmasına çalışacağını və dövlətin iqtisadiyyata müdaxiləsini azaldacağını açıqlayıb.
Sevinc Əliyeva
Ordu.az