Pezeşkian: "İran nümayəndə heyəti ABŞ ilə danışıqlarda maraqlarımızı qətiyyətlə müdafiə edəcək"

2026/03/1773036363.jpg
Oxunub: 352     20:17     11 Aprel 2026    
İran nümayəndə heyəti Pakistanda ABŞ ilə danışıqlarda Tehranın maraqlarını qətiyyətlə müdafiə edəcək.

Ordu.az xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian "X" sosial şəbəkəsində yazıb.

"Pakistana gələn yüksək vəzifəli İran nümayəndə heyəti bütün gücü ilə İranın maraqlarını əzmlə qoruyacaq. İstənilən halda, xalqa xidmətimiz bir dəqiqə belə dayanmayacaq və danışıqların nəticəsi nə olursa-olsun, hökumət qətiyyətlə xalqın yanındadır", - paylaşımda bildirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pezeşkian   İran  


Bizi "telegram"da izləyin