İsrail ordusu bildirib ki, Livanda bir gün ərzində “Hizbullah”ın 200 hədəfinə zərbə endirib

2026/04/1775847469.jpg
Oxunub: 471     19:23     11 Aprel 2026    
İsrail ordusu Livanda şiə “Hizbullah” təşkilatının obyektlərinə zərbələr endirməyə davam edir.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Son sutka ərzində 200-dən çox hədəf hücuma məruz qalıb.

“İsrail Müdafiə Qüvvələri son 24 saat ərzində Livanda “Hizbullah”ın 200-dən çox hədəfinə zərbə endirib”, - deyə məlumatda bildirilir.

Mətbuat xidmətində qeyd olunub ki, ordu “Livandan İsrail ərazisinə atəş açılmasının qarşısını almaq üçün buraxılış qurğularına zərbələr endirməyə davam edir”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Hizbullah  


Bizi "telegram"da izləyin