Ordu.az xəbər verir ki, Uraloğlu TÜRASAŞ tərəfindən istehsalı davam edən ZACENS tipli sistern yanacaq və təchizat vaqonları ilə bağlı yazılı açıqlama verib.
Dəmir yollarının müdafiə baxımından strateji əhəmiyyət daşıdığını qeyd edən Uraloğlu bu anlayışla dəmir yollarında milli müdafiənin gücünü artıracaq bütün layihələrə dəstək verdiklərini vurğulayıb.
Sivasda istehsal olunacaq
Uraloğlu TÜRASAŞ tərəfindən istehsal edilən və daha əvvəl Milli Müdafiə Nazirliyinə təhvil verilmiş 9 ədəd yanacaq və təchizat vaqonundan sonra yeni istehsal prosesinə başladıqlarını bildirərək qeyd edib:
“Ölkəmizin milli müdafiəsinə yerli vaqon dəstəyimiz davam edir. Ordumuzun yanacaq və təchizat əməliyyatları üçün ümumilikdə 41 ədəd yeni ZACENS tipli sistern yük vaqonu istehsal edəcəyik. Beləliklə, daha əvvəl təhvil verdiyimiz 9 ədəd ilə birlikdə ümumilikdə 50 ədəd yerli vaqonu ordumuzun istifadəsinə təqdim etmiş olacağıq. Bu istehsal müdafiə sənayemiz ilə nəqliyyat sektorunun koordinasiyalı fəaliyyətinin mühüm göstəricisidir. TÜRASAŞ Sivas Regional Müdirliyində dizaynından istehsalına qədər yerli imkanlarla həyata keçirdiyimiz işlər nəticəsində istehsal edəcəyimiz vaqonlar ordumuzun enerji resurslarının təhlükəsiz daşınmasında kritik rol oynayacaq və logistik gücünü artıracaq”.
Sevinc Əliyeva
Ordu.az