Ordu.az xəbər verir ki, bu barədə Pentaqon əməliyyatın yekun məlumatlarına istinadən bildirib.
Qeyd olunub ki, ümumilikdə İran ərazisində 13 mindən çox hərbi hədəf vurulub, onlardan 1700-ü əməliyyatın ilk 72 saatında məhv edilib.
Məlumata görə, ABŞ silahlı qüvvələri ballistik raketlərin yerləşdirilməsi və saxlanması üçün istifadə olunan 450-dən çox obyektə, pilotsuz uçuş aparatlarının 800-dən çox anbarına və 1500 hava hücumundan müdafiə obyektinə zərbə endirib. Bundan əlavə, 155-dən çox İran hərbi gəmisi məhv edilib və ya zədələnib.
Pentaqonun hesabatında bildirilib ki, İran əleyhinə hərbi əməliyyatlarda 50 mindən çox ABŞ hərbçisi iştirak edib.
Sevinc Əliyeva
Ordu.az