Ordu.az xəbər verir ki, bu barədə “Army Recognition” məlumat yayıb.
Təlim zamanı standart tüfənglərdə heç bir dəyişiklik edilmədən kiçik pilotsuz uçuş aparatlarına qarşı yeni kinetik antidron sursatın imkanları sınaqdan keçirilib.
Məlumata görə, təlim kiçik pilotsuz uçuş aparatlarına qarşı bölmə səviyyəsində bacarıqların artırılmasına yönəlib. Təlim çərçivəsində kiçik FPV pilotsuz uçuş aparatı “5.56mm L-variant Drone Round” vasitəsilə vurulub.
Bildirilib ki, bu hazırlıq prosesi hərbçilərin bu tip təhdidlərə qarşı mübarizə üsullarını mənimsəməsinə və döyüş hazırlığının artırılmasına xidmət edib. Təlim eyni zamanda bölmə səviyyəsində operativ antidron imkanlarının sürətlə inkişaf etdirilməsi istiqamətində davam edən fəaliyyətin bir hissəsi kimi təqdim olunub.
“L-variant” sursatı Arizona ştatının Gilbert şəhərində yerləşən “Drone Round” şirkəti tərəfindən istehsal olunur. Şirkət rəhbərliyinin “Unlimited Ammo”, “Freedom Munitions” və “Ammo Load” komandaları ilə bağlı olduğu qeyd edilir.
“5.56mm L-variant Drone Round” kiçik pilotsuz uçuş aparatlarını çoxsaylı mərmi axını hesabına zərərsizləşdirmək üçün hazırlanıb. Tək güllə əvəzinə, bu sursat uçuş zamanı ov tüfəngi patronuna bənzər şəkildə yayılır ki, bu da sürətli və alçaqdan uçan pilotsuz uçuş aparatını vurmaq ehtimalını artırır.
Şirkət həmçinin “7.62x51mm” variantını da istehsal edir ki, bu da piyadalar üçün NATO-nun ən geniş yayılmış iki tüfəng kalibri arasında seçim imkanı yaradır.
Sevinc Əliyeva
Ordu.az