Ordu.az xəbər verir ki, bu barədə CNN ABŞ kəşfiyyatının son qiymətləndirmələri ilə tanış olan üç mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, Pekin silahların əsl mənşəyini gizlətmək üçün göndərişləri üçüncü ölkələr üzərindən həyata keçirməyi planlaşdırır.
Nəşr qeyd edib ki, portativ hava hücumundan müdafiə sistemlərinin tədarükü Çinin əvvəllər həyata keçirdiyi ikili təyinatlı texnologiya transferləri ilə müqayisədə dəstəyin əhəmiyyətli dərəcədə artması demək olacaq.
ABŞ kəşfiyyatı hesab edir ki, Tehran atəşkəsdən istifadə edərək xarici tərəfdaşların köməyi ilə öz arsenalını bərpa etməyə çalışa bilər.
Vaşinqtondakı Çin səfirliyinin nümayəndəsi bu iddiaları yalan adlandırıb və ABŞ-ni əsassız ittihamlardan çəkinməyə çağırıb.
Diplomatik missiya vurğulayıb ki, Pekin münaqişənin heç bir tərəfinə silah verməyib və beynəlxalq öhdəliklərinə əməl edir.
Məlumata görə, Çin FN ixrac xətti çərçivəsində FN-6 və onun təkmilləşdirilmiş FN-16 portativ zenit-raket komplekslərini istehsal edir.
Bu sistemlər 4 kilometrədək hündürlükdəki hədəfləri vurmaq qabiliyyətinə malikdir.
Qeyd olunub ki, Çin bu sistemləri İran, Malayziya, Kamboca, Sudan, Pakistan, Peru, Suriya, Banqladeş və Myanmaya fəal şəkildə tədarük edib.
Xüsusilə, Myanmada üsyançıların FN-6 vasitəsilə hərbi helikopter vurduğu bildirilib.
Silahdan ölkənin şimalında yaşayan etnik kaçinlərdən ibarət Kaçin Müstəqillik Ordusu istifadə edib.
Sevinc Əliyeva
Ordu.az