Ordu.az xəbər verir ki, bu barədə Ukrayna Jurnalistlər Birliyinin rəhbəri Serhiy Tomilenko məlumat yayıb.
Tomilenko bildirib ki, səfərdən eksklüziv fotolar indi yayımlanıb və bu gün “Daily Mail” qəzetində Boris Consonun özünün Zaporojye istiqamətindən hazırladığı geniş reportaj dərc olunub.
Onun sözlərinə görə, bu gizli tapşırıq barədə “Daily Mail”in hərbi müxbiri Riçard Pendlberi məlumat verib.
“Riçard fotoqraf Ceymi Vayzmanla birlikdə Ukraynadan yenicə qayıtmışdı və dedi ki, Boris israrla “Daily Mail”in ön xətt komandası ilə belə bir səfərin təşkil olunmasını xahiş edib. Onlar razılaşıblar ki, şəkillər saxlanılsın və qəzetdə material çıxan günlə eyni vaxtda dərc olunsun. İran ətrafındakı müharibə yenicə kəskinləşdiyi üçün nəşr təxirə salınmışdı. İndi isə həmin an gəlib çatdı”, - deyə Tomilenko bildirib.
Məlumata görə, Conson “Daily Mail” üçün yazdığı məqalədə Zaporojye ilə bağlı təəssüratlarını bölüşüb və cəbhədə görüşdüyü ukraynalı hərbçilərin hekayələrindən danışıb.
Onların arasında “Kokos” ləqəbli, 434 rus hərbçisini məhv etdiyi bildirilən, tank mərmisindən ağır yaralanan, amputasiyadan imtina edərək yenidən xidmətə qayıdan pilotsuz aparat operatoru da olub.
Sevinc Əliyeva
Ordu.az