ABŞ və İran arasında danışıqlar dalandan çıxıb, “Reuters” ilk razılaşmaları açıqlayıb

2026/04/1775898592.jpg
Oxunub: 413     18:10     11 Aprel 2026    
İran bəyan edib ki, ABŞ Qətər banklarında və digər xarici maliyyə institutlarında saxlanılan İran aktivlərinin dondurulmasını aradan qaldırmağa razılaşıb.

Ordu.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Tehranda bu addım Vaşinqtonun razılaşmaya gəlməkdə “ciddi niyyətli” olduğunun siqnalı kimi qiymətləndirilir.

Yüksək vəzifəli iranlı rəsmisinin sözlərinə görə, aktivlərin dondurulmasının aradan qaldırılması məsələsi Hörmüz boğazından gəmilərin təhlükəsiz keçidinin təmin olunması ilə birbaşa bağlıdır.

Gözlənilir ki, bu məsələ tərəflər arasında gələcək danışıqların əsas bəndlərindən birinə çevriləcək.

Eyni zamanda, ABŞ tərəfi İran vəsaitlərinin mümkün dondurulmadan çıxarılması ilə bağlı hələlik ictimai açıqlama verməyib.

Məlumat rəsmi şəkildə təsdiqlənməyib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran  


Bizi "telegram"da izləyin