Fars körfəzində yerləşən Amerikanın “hər şeyi görən gözü”nün dağıntılarının ilk görüntüləri yayılıb

2026/04/1775919429.jpg
Oxunub: 429     18:08     11 Aprel 2026    
Qətərin “Əl-Udeyd” aviabazasında yerləşən ABŞ AN/FPS-132 radiolokasiya stansiyasına endirilmiş zərbənin nəticələrinin görüntüləri ilk dəfə yayımlanıb.

Ordu.az xəbər verir ki, fotoları Qətərin “Al Jazeera” telekanalı dərc edib.

Kadrlarda dəyəri 1,1 milyard dolları aşan zədələnmiş radar görünür.

Materialda qeyd olunur ki, bu radiolokasiya stansiyası Fars körfəzində ABŞ-nin erkən xəbərdarlıq sisteminin əsas elementidir.

Stansiya 5 min kilometrədək məsafədə ballistik raketləri aşkarlamaq və məlumatı THAAD və “Patriot” daxil olmaqla hava hücumundan müdafiə sistemlərinə ötürmək qabiliyyətinə malikdir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fars-körfəzi   ABŞ  


Bizi "telegram"da izləyin