“Tasnim”: İslamabad danışıqlarında yalnız İran və ABŞ nümayəndə heyətləri iştirak edir

2026/03/1774681005.jpg
Oxunub: 325     18:06     11 Aprel 2026    
Pakistanın paytaxtı İslamabadda gedən danışıqlarda yalnız ABŞ və İran nümayəndə heyətləri iştirak edir.

Ordu.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi mənbəyə istinadən məlumat yayıb.

Mənbə görüşdə başqa ölkələrin nümayəndələrinin mümkün iştirakı barədə yayılan xəbərləri şərh edərək bildirib ki, bu məlumat həqiqətə uyğun deyil.

Onun sözlərinə görə, Pakistanın paytaxtında yalnız Amerika və İran nümayəndə heyətləri var.

Şənbə gecəsi İran parlamentinin sədri Məhəmməd Baqir Qalibafın rəhbərlik etdiyi nümayəndə heyəti ABŞ ilə münaqişənin nizamlanması üzrə danışıqlar aparmaq üçün Pakistanın paytaxtına gəlib.

Şənbə səhər isə ABŞ-ni təmsil edən vitse-prezident Cey Di Vens İslamabada çatıb.

Mənbələrin bildirdiyinə görə, dolayı məsləhətləşmələr artıq başa çatıb və qarşıdakı danışıqlar birbaşa formatda aparılacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İslamabad   ABŞ   İran  


Bizi "telegram"da izləyin