"Artemis II" missiyasının astronavtları Yerə qayıdıb

2026/04/Ekran-1775916310.jpg
Oxunub: 510     17:48     11 Aprel 2026    
“Artemis II” missiyasının astronavtları Yerə qayıdıb. Onları daşıyan kapsula Sakit okeanın San Dieqo sahillərində uğurlu eniş edib.

Ordu.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, Bakı vaxtı ilə 02:40-da ekipaj üzvləri skafandrlarını geyiniblər. Həmin vaxt yerə 23,5 min kilometr məsafə qalırdı. Kapsul saniyədə 5 kilometr sürətlə hərəkət edirdi. Saat 04:01-də ekipajla rabitə bərpa olunub və kapsul atmosferə daxil olub.

NASA Yerə geri dönən astronavtların ilk kadrlarını yayımlayıb.

“Artemis II” NASA-nın “Artemis” proqramı çərçivəsində həyata keçirilən ilk pilotlu Ay missiyası sayılır. Missiya çərçivəsində astronavtlar Ay ətrafında dövrə vuraraq Yerə geri qayıdıblar. Missiyanın əsas məqsədi insanlı dərin kosmik uçuş sistemlərini sınaqdan keçirmək və gələcəkdə Ay səthinə eniş planlarına texniki zəmin yaratmaqdır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Artemis-II  


Bizi "telegram"da izləyin