Ordu.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Levitt bildirib ki, qrupa ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens rəhbərlik edəcək, tərkibə həmçinin ABŞ-nin xüsusi nümayəndələri Stiv Uitkof və Cared Kuşner daxil olacaq.
Danışıqların ilk mərhələsi şənbə gününə planlaşdırılıb.
Levitt həmçinin qeyd edib ki, İran ABŞ-yə zənginləşdirilmiş uran ehtiyatlarını təhvil verməyə hazır olduğunu bildirib.
“Bu, prezidentin geri çəkilmək niyyətində olmadığı qırmızı xətdir və o, bunun həyata keçirilməsinə sadiqdir”, - deyə Levitt brifinq zamanı bildirib. İranlıların uranı təhvil verəcəklərinə eyham vurub-vurmadıqları ilə bağlı suala Levitt “Bəli, bunu ediblər” cavabını verib.
O, başqa təfərrüat açıqlamayıb.
Sevinc Əliyeva
Ordu.az