SEPAH son saatlarda heç bir ölkəyə raket buraxmadığını bildirib

2026/04/1775013379.jpg
Oxunub: 389     09:21     10 Aprel 2026    
İranın İslam İnqilabı Keşikçiləri Korpusu bəyan edib ki, son saatlarda müxtəlif media qurumları Fars körfəzinin cənub sahillərində yerləşən bir neçə ölkədəki hədəflərə pilotsuz uçuş aparatları və raket zərbələri endirilməsi barədə məlumat yayıb.

Ordu.az xəbər verir ki, bu barədə “Pars Today” məlumat yayıb.

Bildirilib ki, İran İslam Respublikasının silahlı qüvvələri atəşkəs dövründə heç bir ölkəyə qarşı raket buraxmayıb.

“Əgər media məlumatları doğrudursa, bu, şübhəsiz ki, sionist düşmənin və ya ABŞ-nin işidir.

İran İslam Respublikasının silahlı qüvvələri hər hansı hədəfi vurarsa, bunu tam şəffaf şəkildə rəsmi bəyanatla açıqlayacaq və İran İslam Respublikasının bəyanatlarında yer almayan hər hansı əməliyyatın bizimlə heç bir əlaqəsi yoxdur”, - deyə İİKK-nin bəyanatında bildirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: SEPAH   İran  


Bizi "telegram"da izləyin