Putin Pasxa atəşkəsi elan edib

2026/03/1774607754.jpg
Oxunub: 521     23:16     09 Aprel 2026    
Rusiyanın prezidenti Vladimir Putin Pasxa münasibətilə atəşkəs elan edib.

Ordu.az xəbər verir ki, bu barədə TASS agentliyi Kremlin mətbuat xidmətinə istinadən məlumat yayıb.

“Rusiya Federasiyası Silahlı Qüvvələrinin Ali Baş Komandanının qərarı ilə, yaxınlaşan pravoslav Pasxa bayramı ilə əlaqədar olaraq, aprelin 11-i saat 16:00-dan 2026-cı il aprelin 12-si gününün sonunadək atəşkəs elan olunur”, - deyə açıqlamada bildirilir.

Moskva gözləyir ki, Ukrayna tərəfi də Pasxa atəşkəsi məsələsində Rusiyanın nümunəsini izləyəcək.

Putin eyni zamanda Rusiya silahlı qüvvələrinə atəşkəs müddətində hərbi əməliyyatları dayandırmağı, lakin düşmənin mümkün hücumlarına cavab verməyə hazır olmağı tapşırıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Putin   Pasxa  


Bizi "telegram"da izləyin