Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Trampın sözlərinə görə, İran “razılaşmalı olduqları hər şeylə razıdır”, İran rəsmiləri isə mətbuatla ünsiyyətdə olmadıqları zaman “xeyli daha ağıllı” davranırlar.
O həmçinin bildirib ki, İsrailin baş naziri Benyamin Netanyahu İran və ABŞ arasında qarşıdakı danışıqlardan əvvəl Livana zərbələrin miqyasını azaltmaq niyyətindədir.
“Mən Bibi (Netanyahu-red.) ilə danışdım və o, bunu gizli saxlamaq niyyətindədir. Sadəcə düşünürəm ki, biz bir qədər daha təmkinli olmalıyıq”, - deyə Tramp Netanyahu ilə telefon danışığından sonra bildirib.
Sevinc Əliyeva
Ordu.az