AFP: Pakistan Yaxın Şərq münaqişəsinin bütün tərəflərinin nümayiş etdirdiyi təmkinliyi yüksək qiymətləndirib

2026/04/1775747841.jpg
Oxunub: 336     19:11     09 Aprel 2026    
Pakistanın baş naziri və ordu komandanı İslamabadda keçiriləcək danışıqlar ərəfəsində “bütün tərəflərin nümayiş etdirdiyi təmkinliyi yüksək qiymətləndirdiklərini” bəyan ediblər.

Ordu.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

“İki lider indiyədək əldə olunan gərginliyin azalmasından məmnunluqlarını ifadə edib və vurğulayıblar ki, bütün tərəflər sülhü və atəşkəsi qorumalıdır”, - deyə baş nazir Şahbaz Şərifin ofisinin feldmarşal Asim Munirlə görüşündən sonra yaydığı bəyanatda bildirilir.

Xatırladaq ki, İran və ABŞ arasında atəşkəs elanından sonra bu razılaşmaya qoşulan İsrail bildirib ki, bu, Livana aid deyil.

Bu isə Pakistanın baş naziri Şahbaz Şərifin daha əvvəl səsləndirdiyi açıq bəyanata ziddir.

İran Livana davam edən zərbələri atəşkəs razılaşmasının ən yüksək səviyyədə kobud şəkildə pozulması adlandırıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan   ABŞ   İran  


Bizi "telegram"da izləyin