Ordu.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Məlumata görə, həm Amerika, həm də İran nümayəndə heyətlərinin həmin oteldə yerləşməsi gözlənilir.
Otel rəhbərliyi bütün qonaqlardan binanı bazar gününə qədər tərk etməyi xahiş edib, çünki otel “son dərəcə mühüm hadisə üçün rezerv edilib”.
Danışıqlardan məlumatlı pakistanlı mənbə bildirib ki, Pakistan Livanda və Yəməndə də atəşkəs rejiminin təmin olunması istiqamətində çalışır.
Mənbənin sözlərinə görə, atəşkəsdən sonra İsrail İrana dəstək verən həmin ölkələrin qüvvələrinə zərbələr endirib.
“Bu, qarşıdakı danışıqlarda müzakirə olunacaq və biz hər şeyi tənzimləyəcəyik”, - deyə mənbə bildirib.
İran və ABŞ arasında danışıqların aprelin 10-da İslamabadda keçirilməsi planlaşdırılır.
Sevinc Əliyeva
Ordu.az