Ordu.az xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.
Suriyanın Xarici İşlər Nazirliyi bəyanatında atəşin dərhal dayandırılmasının və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tam şəkildə yerinə yetirilməsinin zəruriliyini vurğulayıb. Bunun məqsədi mülki əhalinin müdafiəsini və dövlət suverenliyinə hörmətin təmin edilməsidir.
Nazirlik həmçinin beynəlxalq ictimaiyyəti məsuliyyət götürməyə və bu pozuntuların qarşısını almağa çağırıb. Suriya Livana tam dəstəyini ifadə edərək həmin ölkə hökumətinin səylərini dəstəklədiyini bildirib. Söhbət Livanın bütün ərazisində dövlət hakimiyyətinin bərqərar edilməsindən və silah tətbiqinin tam şəkildə dövlət nəzarəti altında saxlanılmasından gedir.
Sevinc Əliyeva
Ordu.az