Makron Livanın ərazi bütövlüyünə və “Hizbullah”ın tərksilahına dəstəyini ifadə edib

2026/04/1775740997.jpg
Oxunub: 382     17:22     09 Aprel 2026    
“Mən indicə Livan Prezidenti Jozef Aun və Baş nazir Nəvaf Salam ilə danışdım”.

Ordu.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron bəyan edib.

“Mən Fransanın İsrail tərəfindən Livana qarşı həyata keçirilən və mülki əhali arasında çox sayda itkiyə səbəb olan hücumlarla bağlı tam həmrəyliyini ifadə etdim. Biz bu hücumları ən kəskin şəkildə pisləyirik. Onlar son vaxtlar əldə olunmuş atəşkəs razılaşmasının sabitliyinə birbaşa təhlükə yaradır. Livan tam şəkildə bu razılaşmaya daxil edilməlidir.

Mən Livanın ərazi bütövlüyünün qorunmasının zəruriliyini və Fransanın Livan hakimiyyətinin ölkənin suverenliyini qorumaq və “Hizbullah”ın tərksilah edilməsi planını həyata keçirmək səylərini dəstəkləmək əzmini bir daha təsdiqlədim”, - deyə Makron bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Livan  


Bizi "telegram"da izləyin