Pakistan yeni kamikadze PUA-sı “Mudamir-LR”i təqdim edib

2026/04/1775736565.jpg
Oxunub: 460     16:08     09 Aprel 2026    
Pakistan Hərbi Dəniz Qüvvələri İranın “Shahed” platformalarından konseptual izlər daşıyan yeni kamikadze pilotsuz uçuş aparatı ilə avtonom hücum qabiliyyətlərini inkişaf etdirməyə davam edir.

Ordu.az xəbər verir ki, “Mudamir-LR” adlandırılan sistem qarışıq gövdə quruluşu, delta qanad dizaynı, arxa itələyici pərvanəsi və şaquli quyruq səthləri ilə diqqət çəkir.

Yayımlanan görüntülərə görə, platforma nisbətən kompakt quruluşa malikdir. Pilotsuz uçuş aparatının təxminən 3,5 metr uzunluğunda və 2,5 metr qanad açıqlığında olduğu qiymətləndirilir.

600 kilometrdən çox mənzil

“Mudamir-LR”in 600 kilometrdən artıq məsafədəki hədəfləri vura biləcək mənzilə malik olduğu bildirilir. Sistem həmçinin GPS qarışdırılmasına və ya peyk siqnalının olmadığı mühitlərə qarşı süni zəka dəstəkli hərəkət infrastrukturu ilə təchiz olunub.

Nümayiş etdirilən nümunələrdə köpəkbalığı ağzı burun təsviri və arxa qanad üzərinə yazılmış platforma adı kimi diqqətçəkən vizual detallar da yer alır.

Platformanın

Dəniz hədəfləri
Sahil obyektləri
Radar mövqeləri
Səyyar logistika/təchizat şəbəkələri kimi hədəflərə qarşı dəqiq hücum məqsədilə hazırlandığı bildirilir.


İki rollu şəkildə sınaqdan keçirildi

Pakistanın “Mudamir-LR” sistemini bu ilin əvvəlində Şimali Ərəb dənizində keçirilən dəniz təlimləri zamanı sınaqdan keçirdiyi bildirilir.

Sınaqlarda platforma həm hədəf pilotsuz uçuş aparatı, həm də hücum sistemi kimi istifadə olunub.

Hədəf pilotsuz uçuş aparatı rolunda fəaliyyət göstərən sistemin Pakistan Hərbi Dəniz Qüvvələrinin inventarındakı LY-80 (N) dəniz əsaslı hava hücumundan müdafiə raket batareyaları tərəfindən nişan alındığı, daha sonra isə hücum tapşırığı profilinə keçərək müəyyən edilmiş hədəflərə hücum həyata keçirdiyi qeyd olunub.

Bu iki rollu sınaq yanaşmasının platformanın müasir hava hücumundan müdafiə sistemlərinə qarşı dayanıqlığını və real əməliyyat şəraitində hücum effektivliyini ölçmək məqsədilə həyata keçirildiyi qiymətləndirilir.

“Mudamir-LR” ilk dəfə “World Defense Show 2026” çərçivəsində Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində ictimaiyyətə təqdim olunub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan   Mudamir-LR  


Bizi "telegram"da izləyin