İspaniya Ukraynaya “Patriot” raketi dəstəyi göstərəcək

2026/04/53453-1775722989.jpg
Oxunub: 373     12:21     09 Aprel 2026    
İspaniya hökuməti Ukraynanın “Patriot” hava hücumundan müdafiə sistemlərində istifadə olunmaq üçün beş ədəd PAC-2 raketini Kiyevə göndərəcək.

Ordu.az xəbər verir ki, açıqlama Ukrayna prezidenti Volodimir Zelenski tərəfindən verilib.

Məlumata görə, göndəriləcək Patriot PAC-2 raketləri Valensiyada yerləşən Dəniz Piyadaları bazasında yerləşdirilmiş İspaniya Quru Qoşunlarının hava hücumundan müdafiə alayının inventarında mövcuddur.

Göndəriləcək raketlərin sayının məhdud olmasına baxmayaraq, İspaniyanın Ukraynaya dəstəyini davam etdirdiyi və xüsusilə kritik sahələrdə aktiv yardım göstərdiyi vurğulanıb. Bu çərçivədə Madrid rəhbərliyi 2025-ci ilin dekabrında dörd Patriot batareya sistemi almaq üçün 1,7 milyard dollar büdcə ayırmışdı.

Sözügedən müqavilə RTX tərkibində fəaliyyət göstərən ABŞ müdafiə şirkəti “Raytheon” ilə imzalanmışdı.

Digər tərəfdən, bu İspaniyanın Ukraynaya ilk Patriot raketi transferi deyil. Madrid rəhbərliyi daha əvvəl 2024-cü ilin mayında açıqladığı hərbi yardım paketi çərçivəsində də Ukraynaya Patriot raketləri təqdim etmişdi.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İspaniya   Ukrayna  


Bizi "telegram"da izləyin