Pakistan tərəfləri atəşkəsə hörmət etməyə çağırıb

2026/02/1770224103.jpg
Oxunub: 327     11:34     09 Aprel 2026    
Pakistan tərəfləri (ABŞ, İsrail və İran) təmkinli olmağa və atəşkəsə hörmət etməyə çağırıb.

Ordu.az-ın məlumatına görə, bunu Pakistanın baş naziri Şahbaz Şərif “X” sosial şəbəkəsindəki hesabında yazıb.

Onun sözlərinə görə, münaqişə zonasında bir neçə yerdə atəşkəsin pozulması halları qeydə alınıb. Bu da sülh prosesinin ruhunu sarsıdır.

“Diplomatiyanın münaqişənin sülh yolu ilə həllində aparıcı rol oynaya bilməsi üçün bütün tərəfləri razılaşdırıldığı kimi iki həftə ərzində təmkinli olmağa və atəşkəsə hörmət etməyə çağırıram”, - o qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şərif   Pakistan  


Bizi "telegram"da izləyin