Rusiya Ukraynanın üç vilayətinə zərbələr endirib: iki nəfər ölüb, onlarla yaralı var

2026/03/1774596385.jpg
Oxunub: 405     11:04     09 Aprel 2026    
Rusiya silahlı qüvvələri Ukraynanın Xerson, Xarkov və Zaporojye vilayətlərinə hücum edib, nəticədə 2 nəfər ölüb, daha 11 nəfər yaralanıb.

Ordu.az Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə Vilayət Hərbi Administrasiyalarının rəhbərləri məlumat verib.

Xerson Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudinin məlumatına görə, Rusiya qoşunları regionu atəşə tutub, nəticədə 4 nəfər, o cümlədən 2 uşaq xəsarət alıb.

Öz növbəsində, Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov bildirib ki, son sutka ərzində Rusiya ordusu pilotsuz uçuş aparatları və idarə olunan raketlərdən istifadə edərək vilayətin 18 yaşayış məntəqəsinə zərbələr endrib. Bildirilib ki, 1 nəfər ölüb, daha 3 nəfər yaralanıb.

Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fedorov qeyd edib ki, Zaporojyeyə hücum nəticəsində 1 nəfər həlak olub, daha 4 nəfər xəsarət alıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin