Pakistan ABŞ-İran danışıqları öncəsi hökumət zonasına girişi məhdudlaşdırıb

2026/03/1774681005.jpg
Oxunub: 387     09:55     09 Aprel 2026    
İslamabad polisi ABŞ-İran danışıqları ərəfəsində hökumət binalarının yerləşdiyi “Qırmızı zona”ya girişi məhdudlaşdırıb.

Ordu.az xəbər verir ki, bu barədə “Associated Press of Pakistan” məlumat yayıb.

Agentliyin məlumatına görə, bu tədbirlər xarici nümayəndə heyətlərinin təhlükəsizliyini təmin etmək məqsədilə görülüb.

Yol polisinin nümayəndəsi agentliyə bildirib ki, “Qırmızı zona” və ona bitişik ərazilər rəsmi avtomobillər istisna olmaqla, bütün nəqliyyat vasitələri üçün bağlanıb.

Bundan əvvəl Pakistanın baş naziri Şahbaz Şərif bəyan etmişdi ki, Vaşinqton və Tehrandan nümayəndələr aprelin 10-da İslamabada gələcəklər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan   ABŞ   İran  


Bizi "telegram"da izləyin