ABŞ qanunvericiləri İranla müharibəni dayandırmaq barədə qətnaməni yenidən qəbul etməyə çalışacaqlar

2026/03/1772772948.jpg
Oxunub: 540     07:59     09 Aprel 2026    
ABŞ qanunvericiləri gələn həftə İranla müharibəni dayandırmaq barədə qətnaməni yenidən qəbul etməyə və prezident Donald Trampı hər hansı növbəti hücum üçün Konqresin razılığını almağa məcbur etməyə çalışacaqlar.

Ordu.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Məlumata görə, bunu Senatda demokratların lideri Çak Şumer Trampın iki həftəlik atəşkəs elan etməsindən sonra bildirib.

Ayrı açıqlamada Nümayəndələr Palatasında demokratların lideri Hakim Ceffris də Palatanın İranla müharibəni dayandırmaq barədə qətnamənin lehinə səs verməli olduğunu qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Senat   Tramp  


Bizi "telegram"da izləyin