Ordu.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Bu, Trampın avropalı müttəfiqləri ABŞ-İsrailin İrana qarşı müharibəsinə qoşulmaqdan imtina etdiklərinə görə tənqid etməsindən sonra onların ilk görüşü olub.
Daha sonra ABŞ prezidenti Vaşinqtonun mühüm rol oynadığı bu təşkilatdan çıxa biləcəyini bildirib. Tramp NATO-nu daha əvvəl “kağız pələng” adlandırmışdı.
Ağ Evin mətbuat katibinin sözlərinə görə, bu bəyanat Tramp və Rutte arasındakı söhbətin mövzularından biri ola bilərdi.
Görüş qapalı qapılar arxasında keçirilib.
Rutte daha sonra söhbəti “çox açıq və səmimi” adlandırsa da, Trampın NATO-dan çıxmaq barədə danışıb-danışmadığı sualına birbaşa cavab verməyib.
ABŞ prezidenti görüşü şərh edərkən təəssüflə bildirib ki, “NATO bizə ehtiyac duyduğumuz vaxt kömək etmədi” və əlavə edib: “Qrenlandiyanı xatırlayın, o böyük, pis idarə olunan buz parçasını”.
Danimarkanın tərkibində olan muxtar region Qrenlandiyanı “əldə etmək” barədə Trampın niyyətləri NATO daxilində böhran yaradıb.
ABŞ prezidenti sonradan adanı güc yolu ilə ələ keçirmək planının olmadığını desə də, NATO müttəfiqlərinin bu ideyaya mənfi reaksiyasını “unutmayacağını” vəd edib.
Bu həftə “The Wall Street Journal” mənbələrə istinadən yazıb ki, Tramp ABŞ-İsrailin İrana qarşı müharibəsində iştirakdan imtina edən Avropa ölkələrini “cəzalandırmaq” istəyir.
Sevinc Əliyeva
Ordu.az