Ordu.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt bildirib.
Brifinq zamanı Livitdən soruşublar ki, NATO-dan çıxmaq məsələsi ABŞ administrasiyası üçün hələ də gündəmdədirmi? O aydınlaşdırıb ki, bu məsələ “müzakirə edilməlidir”.
“Prezident [Tramp] bunu bir neçə saatdan sonra [NATO-nun] Baş katibi Rutte ilə müzakirə edəcək və ola bilsin ki, bu gün günortadan sonra həmin görüşdən sonra siz bunu birbaşa Prezidentdən eşidəcəksiniz”, - deyə Ağ Evin mətbuat katibi bildirib.
O eyni zamanda Trampın İran müharibəsini NATO üçün sınaq adlandırdığını xatırladıb.
ABŞ liderinin sözlərinə görə, hərbi alyans bu sınaqdan “uğursuz” çıxıb.
“Onlar cəhd etdilər və uğursuz oldular. Mən əlavə edərdim ki, son altı həftə ərzində [İranda müharibə başlayandan bəri] NATO-nun Amerika xalqından üz çevirməsi kifayət qədər kədərlidir”, - deyə Livitt yekunlaşdırıb.
Sevinc Əliyeva
Ordu.az