Tramp bildirib ki, İranla nizamlanma üzrə yalnız bir təklif siyahısı mövcuddur

2026/04/1775582947.jpg
Oxunub: 481     22:12     08 Aprel 2026    
ABŞ Prezidenti Donald Tramp çərşənbə günü bildirib ki, ABŞ tərəfinin Yaxın Şərqdə nizamlanmanın əsas müddəalarına dair yalnız bir siyahısı var və onlar İranla danışıqların gündəliyində olacaq.

Ordu.az xəbər verir ki, bu barədə Tramp “Truth Social” sosial şəbəkəsində qeyd edib.

“Yalnız bir və ABŞ üçün qəbul edilən əsas müddəalar toplusu mövcuddur və biz onları bu danışıqlarda qapalı qapılar arxasında müzakirə edəcəyik. Bu müddəalar atəşkəsə razılaşmağımızın əsasını təşkil edir”, - deyə o bildirib.

Tramp, həmçinin vurğulayıb ki, müxtəlif şəxslər belə razılaşmaların çoxsaylı variantlarını yayır və həmin şəxslər bir çox hallarda ümidsiz yalançılar, fırıldaqçılar və ya daha pisidir.

Prezident qeyd edib ki, onlar sonradan ifşa olunacaqlar.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   İran  


Bizi "telegram"da izləyin