Pakistanın Baş naziri: “ABŞ və İran nümayəndə heyətləri aprelin 10-da İslamabada gələcək”

2024/10/1729066556.jpg
Oxunub: 500     22:10     08 Aprel 2026    
Pakistanın Baş naziri Şahbaz Şərif bildirib ki, ABŞ və İran nümayəndə heyətləri aprelin 10-da Pakistana gələcək.

Ordu.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

CNN-in daha əvvəl yaydığı məlumata görə, ABŞ nümayəndə heyətinin tərkibində vitse-prezident Ceyms Devid Vens, prezidentin xüsusi elçisi Stiv Uitkof və Cared Kuşner olacaq.

ABŞ Prezidenti Donald Tramp aprelin 7-də İranla iki həftəlik qarşılıqlı atəşkəs barədə açıqlama verib. Onun sözlərinə görə, tərəflər həll olunmamış demək olar bütün məsələləri həll ediblər və Vaşinqton Tehranın 10 bəndlik təkliflərini gələcək danışıqlar üçün “işçi əsas” kimi nəzərdən keçirir.

Bunlara hücum etməmək prinsipinə əməl olunması, Hörmüz boğazına İranın nəzarəti, uranın İran ərazisində zənginləşdirilməsi, ilkin və ikinci dərəcəli sanksiyaların ləğvi, kompensasiya ödənişləri və ABŞ qüvvələrinin regiondan çıxarılması daxildir.

Tramp bildirib ki, atəşkəs barədə qərar İranın Hörmüz boğazını açmağa hazır olması əsasında qəbul edilib. Tərəflər arasında vasitəçi olan Pakistanın Baş naziri onları aprelin 10-da keçiriləcək danışıqlara dəvət edib. Pakistan dövlət televiziyasının məlumatına görə, danışıqların, ehtimal ki, birbaşa formatda keçiriləcəyi gözlənilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan   Şahbaz-Şərif  


Bizi "telegram"da izləyin