Tramp: “Uitkof və Kuşner ABŞ-ni Pakistanda İranla danışıqlarda təmsil edəcək”

2026/04/1775542446.jpg
Oxunub: 469     20:31     08 Aprel 2026    
ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranla danışıqlar çox yaxın vaxtlarda Pakistanda keçiriləcək və ABŞ-ni bu danışıqlarda xüsusi nümayəndələr Stiv Uitkof və Cared Kuşner təmsil edəcək, vitse-prezident Ceyms Devid Vensin iştirakı isə təhlükəsizlik səbəbindən sual altındadır.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

“Bizim tərəfdən Stiv Uitkof və Cared Kuşner olacaq. Vens isə, bəlkə, bilmirəm. Bu, təhlükəsizlik məsələsidir”, - deyə Tramp “New York Post”a verdiyi müsahibədə deyib.

Prezident qeyd edib ki, danışıqların Pakistanda keçirilməsi gözlənilir və bu, “çox tezliklə” baş tutacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ  


Bizi "telegram"da izləyin