“Livan “Hizbullah”a görə İranla bağlanmış razılaşmaya daxil edilməyib” - Tramp (YENİLƏNİB)

2026/04/1775630114.jpg
Oxunub: 644     20:00     08 Aprel 2026    
ABŞ Prezidenti Donald Tramp bildirib ki, İsrailin Livana zərbələri dayandırması İranla bağlanmış atəşkəs razılaşmasına daxil edilməyib və buna səbəb “Hizbullah” şiə hərəkatıdır.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

“Hizbullah”a görə. Onlar (Livan) razılaşmaya daxil edilməyib. Bununla da məşğul olacaqlar. Hər şey qaydasındadır”, - deyə Tramp PBS jurnalistinə verdiyi müsahibədə Təl-Əvivin niyə qonşusuna zərbələri davam etdirdiyi ilə bağlı suala cavab verərkən bildirib.

İsrailin İrana zərbələri ilə bağlı mövqeyi barədə suala cavab verən ABŞ lideri bunu “ayrı mübahisə” adlandırıb və jurnalistə daha sürətli danışmağı tövsiyə edib.

“Bu razılaşmanın bir hissəsidir: hamı bunu qeyd edib. Bu, ayrı mübahisədir. Yaxşı? Siz daha sürətli danışmalısınız”, - deyə Tramp deyib.

***

Ağ Ev hesab edir ki, ABŞ və İran arasında atəşkəs haqqında razılaşmalar Livana aid deyil.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ-nin "Axios" portalının və İsrail televiziyasının 12-ci kanalının müxbiri Barak Ravid "X" sosial şəbəkəsində məlumat yayıb.

"Ağ Evin mətbuat katibi Kerolayn Livitt mənə bildirdi ki, Livan İranla atəşkəs haqqında razılaşmaların bir hissəsi deyil", - o qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Livan  


Bizi "telegram"da izləyin