Ərdoğan Trampa İranla müvəqqəti atəşkəsin pozulmasına imkan verməməyə çağırıb - YENİLƏNİB

2026/01/1767635162.jpg
Oxunub: 574     20:40     08 Aprel 2026    
Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampla telefon danışığı zamanı İranla bağlanmış müvəqqəti atəşkəs razılaşmasını alqışlayıb və onu davamlı sülh razılaşmasının imzalanması üçün effektiv istifadə etməyə, həmçinin bu prosesin hər hansı pozulmasının qarşısını almağa çağırıb.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə liderinin kommunikasiya departamenti məlumat verib.

“Liderlər regionumuzda baş verən hadisələri, xüsusilə də ötən axşam İranla elan olunan atəşkəs razılaşmasını müzakirə ediblər. Razılaşma ilə bağlı məmnunluğunu ifadə edən prezidentimiz qeyd edib ki, bütün dünya üçün son dərəcə çətin və çağırışlarla dolu 40 gündən sonra açılan iki həftəlik imkan pəncərəsi davamlı sülh razılaşmasının imzalanması və bu prosesin hər hansı pozulmasının qarşısının alınması üçün effektiv istifadə olunmalıdır”, - deyə bəyanatda bildirilir.

Ərdoğan əmin edib ki, Türkiyə dost və qardaş ölkələrə, ilk növbədə Pakistanla birgə həyata keçirilən münaqişənin tənzimlənməsi səylərinə daha fəal dəstək verməyə davam edəcək.

***

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.

Ordu.az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Qeyd olunub ki, telefon danışığı zamanı ABŞ-nin İranla bağlı elan olunan atəşkəs razılşaması başda olmaqla, bölgədəki cari hadisələr müzakirə edilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ərdoğan   Tramp  


Bizi "telegram"da izləyin