Medvedev: “İran “nüvə silahı”nı sınaqdan keçirib, onun adı Hörmüz boğazıdır”

2026/04/1775282740.jpg
Oxunub: 415     18:03     08 Aprel 2026    
“İran öz “nüvə silahı”nı sınaqdan keçirib və bu silahın adı Hörmüz boğazıdır, onun potensialı isə tükənməzdir”.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev “X” sosial media platformasında bildirib.

Medvedev qeyd edib ki, Vaşinqton ilə Tehran arasında atəşkəsin necə inkişaf edəcəyi hələ aydın deyil.

“Amma bir şey dəqiqdir: İran öz nüvə silahını sınaqdan keçirib. Onun adı Hörmüz boğazıdır”, - deyə o bildirib.

Qeyd edək ki, aprelin 8-nə keçən gecə ABŞ və İran iki həftəlik atəşkəs barədə razılığa gəlib. Atəşkəsin şərtlərindən biri bu müddət ərzində Hörmüz boğazının gəmiçilik üçün açılması idi. İsrail Vaşinqton və Tehran arasında əldə olunan razılaşma ilə razılaşıb. Daha sonra İranın “Press TV” telekanalı İsrail və ABŞ-nin atəşkəsi pozaraq Lavan adasında yerləşən neft emalı zavoduna zərbə endirdiyini bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Medvedev   İran  


Bizi "telegram"da izləyin