Ordu.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp öz “Truth Social” sosial şəbəkə hesabında yazıb.
O, Tehranla tariflər və sanksiyaların yüngülləşdirilməsi məsələlərini müzakirə edəcəklərini də diqqətə çatdırıb
“Uranın zənginləşdirilməyəcək və ABŞ İranla birlikdə işləyərək dərin şəkildə basdırılmış (B-2 bombardmançılarının səbəb olduğu) bütün "nüvə tozu"nu üzə çıxarıb aradan qaldıracaq. Bu obyektlər həmişə son dərəcə dəqiq peyk nəzarəti altındadır. Hücum tarixindən bu günədək heç nəyə toxunulmayıb. Biz İranla tariflər və sanksiyaların yumşaldılması məsələsini müzakirə edirik və edəcəyik. 15 bəndin bir çoxu artıq razılaşdırılıb”,- deyə Tramp vurğulayıb.
Ordu.az