Ordu.az xəbər verir ki, bu barədə "SANA" agentliyi ölkənin Mülki Aviasiya İdarəsinə istinadən məlumat yayıb.
Hava məkanının açılması ilə paralel olaraq Dəməşq Beynəlxalq Hava Limanı öz fəaliyyətini bərpa edib.
“Suriya yenidən bütün hava dəhlizlərini açıb və hava nəqliyyatını bərpa edib. Dəməşq Beynəlxalq Aeroportu öz normal fəaliyyətinə qayıdıb. O cümlədən müntəzəm qəbul və göndərişlər həyata keçirilir”, - deyə məlumatda qeyd olunur.
Ordu.az