Tramp İrana silah verən ölkələrə 50% tarif tətbiq etməklə hədələyir

2026/04/1775542446.jpg
Oxunub: 395     15:45     08 Aprel 2026    
ABŞ prezidenti Donald Tramp bildirib ki, İrana hərbi silah verən istənilən ölkədən ABŞ-yə idxal olunan bütün mallara 50% tarif tətbiq ediləcək.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Tramp “Truth Social” platformasında paylaşımında qeyd edib ki, İrana silah verən istənilən ölkəyə bu rüsum “dərhal” tətbiq olunacaq və heç bir “istisna və ya güzəşt” olmayacaq.

Prezident yazıb: “İrana hərbi silah verən hər hansı ölkə dərhal ABŞ-yə satdığı bütün mallara görə 50% tariflə üzləşəcək. Heç bir istisna və ya güzəşt olmayacaq!”.

Bu bəyanat Trampın ABŞ-nin İranla elan edilmiş atəşkəs razılaşmasından sonra İran hakimiyyəti ilə “yaxın əməkdaşlıq edəcəyini” bildirməsi fonunda səslənib. Tramp bunu “çox məhsuldar rejim dəyişikliyi” kimi qiymətləndirib.

Tramp əlavə edib ki, “uranın zənginləşdirilməsi olmayacaq” və ABŞ-nin sülh təkliflərindəki 15 maddədən bir çoxu artıq razılaşdırılıb.

Onun sözlərinə görə, ABŞ və İran tariflər və sanksiyaların yüngülləşdirilməsi məsələlərini müzakirə edəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   İran  


Bizi "telegram"da izləyin