Ordu.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsindəki səhifəsində yazıb.
“Uranın zənginləşdirilməsi olmayacaq və ABŞ İranla əməkdaşlıq edərək yerin dərin qatlarında yerləşən bütün nüvə “tozu”nu qazıb çıxaracaq (B-2 bombardmançıları). Hazırda və keçmişdə bu ərazi üzərində çox dəqiq peyk nəzarəti (Kosmik qüvvələr) həyata keçirilib. Hücumdan bəri heç nə dəyişməyib. Biz İranla tariflər və sanksiyaların yumşaldılması ilə bağlı danışıqlar aparırıq və aparacağıq. 15 bənddən çoxu artıq razılaşdırılıb. Bu məsələyə diqqətinizə görə təşəkkür edirəm”, - deyə o qeyd edib.
Qısa müddət sonra ABŞ prezidenti yeni paylaşım edərək bildirib: “İrana hərbi silah verən istənilən ölkəyə ABŞ-yə satılan bütün mallar üçün dərhal 50% gömrük rüsumu tətbiq olunacaq. Heç bir istisna olmayacaq”.
Sevinc Əliyeva
Ordu.az