Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Britaniyalı teleaparıcının sözlərinə görə, ABŞ Prezidenti bu barədə onların qısa söhbəti zamanı danışıb.
Jurnalist əlavə edib ki, Tramp İranla əldə olunmuş razılaşmanı yüksək qiymətləndirərək onu “tam qələbə” adlandırıb.
“Biz hərbi baxımdan istədiyimiz hər şeyi etdik”, - deyə britaniyalı aparıcı Trampın sözlərini sitat gətirib.
Daha sonra jurnalist bildirib ki, İranın təqdim etdiyi 10 maddədən ibarət siyahının işləkliyi ilə bağlı şübhələrini ifadə edib, çünki ABŞ-nin bu maddələrlə razılaşa biləcəyinə inanmır.
Buna cavab olaraq ABŞ Prezidenti deyib: “Siz həmin maddələrin nə olduğunu bilmirsiniz. Mən onların hansı maddələr olduğunu bilirəm”.
O əlavə edib ki, danışıqlar artıq yaxşı gedir və İran maksimalist tələblər irəli sürmür, “lakin əgər hər şey yaxşı getməzsə, biz dərhal buna qayıdacağıq. Çox asanlıqla”.
Sevinc Əliyeva
Ordu.az