Ordu.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Sky News” telekanalına müsahibəsində bildirib.
“Əgər bu yaxşı razılaşma olmasa, biz buna (hərbi əməliyyatlara) çox asanlıqla qayıdacağıq”, - deyə Ağ Evin rəhbəri vurğulayıb.
Trampın sözlərinə görə, İranla danışıqlar artıq irəliləmiş mərhələdədir.
Aprelin 8-də ABŞ prezidenti Donald Tramp bildirib ki, İran Hörmüz boğazını tam açmağa və bu akvatoriyada gəmiçiliyin təhlükəsizliyini təmin etməyə razılaşıb.
Ordu.az